Prezident İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət etdi.

AZƏRTAC xəbər verir ki, 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm Birinci Qarabağ, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də hər zaman ərazilərimizin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüb, Vətən uğrunda canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan Daşkəsən gənclərindən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Ardını oxu »

Ağstafada sanitar-karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb edilib

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.

Ardını oxu »

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Adalet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı.

Ardını oxu »

“ZƏFƏR QƏLƏBƏSİ BÜTÜN REGİONDA YENİ REALLIQ YARADIB”

 Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, üç Qafqaz dövlətinə səfəri ilə bağlı, Ermənistan səfərindən sonra   2021‑ci il 18 iyul tarixində Azərbaycana gəlib. Paytaxt Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra  birgə mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan Prezidenti Ali qonağı salamlayaraq, görüş barədə fikirlərini bölüşüb.

“Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri tərəfdaşlığımızın göstərcisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur.

Ardını oxu »

İnformasiya müharibəsi ancaq sosial şəbəkədə nəsə yazmaq deyil… -Səxavət Məmməd yazır

Təxminən 30 ilə yaxın Qarabağ problemi ətrafında danışıqlar getdi. Dağlıq Qarabağ və ətraf rayonlar. Əslində münaqişənin açarı bu sözlərdədir. Erməni tərəfi Dağlıq Qarabağı işğal etdikdən sonra, ətraf rayonları da işğal etdi. Danışıqlarda təkliflər də bu yöndə idi. Ətraf rayonlar qaytarılır, Dağlıq Qarabağın statusu sonra həll edilir. Ermənilərə Dağlıq Qarabağ lazım idi. Ətraf rayonlar isə bufer zona idi. Bufer zonaları olsa da, çox ciddi bir iş də görmüşdülər. Erməni rəsmiləri dəfələlər Naxçıvanla bağlı iddialarını səsləndirmişdi. Məsələ ondadır ki, bu təkcə rəsmi açıqlamalarla qalmırdı. Çox ciddi informasiya müharibəsi aparılırdı. Bizim təkhüceyrəlilər elə bilir ki, informasiya müharibəsi ancaq sosial şəbəkədə nəsə yazmaqdır. Erməni tərəfində isə Naxçıvan məsələsi tarixçilər, politoloqlar, siyasi partiyalar səviyyəsində müzakirə edilirdi.

Ardını oxu »

Aqil ABBAS: ƏNTİQƏ RƏŞİD: ƏRİNİN ƏVƏZİNƏ DÖYÜŞƏN XANIM

  Od parçasıdı, belə bir söz var ey, dəyirmanın gözünə  ölü atsan, diri  çıxar. Tanrı ona istedad da  verib, cəsarət də, üç-dörd kişi ilə əlbəyaxa döyüşməyə güc də, əvəzində  çox şeyini  alıb. Yurd-yuvası dağılıb, əzizləri müharibədə  şəhid olub, gəncliyini alıb. Məşhur filmdəki mahnıda deyildiyi kimi: «Bir xoş gün görmədim mən bu dünyada». Bir xoş gün görməyib bu  dünyada. Xoşbəxtliyi  üç şeydə görür: ailəsində, hələ də uzaqdan baxdığı azad olunmuş Ağdamda və bir də yazmaqda. Anası əsgər doğub bu qızı. Ona görə ailə quranda da əsgərlə ailə qurub. Əri İsmayıl Novruzov  Birinci Qarabağ  müharibəsinin  döyüşçülərindən biridi. İkinci qrup  Qarabağ əlilidi. Bədənində 23 düşmən  qəlpəsi  gəzdirir. Biri də ürəyindən bir neçə millimetr kənardadı. Bu qəlpələri də çıxarmaq mümkün deyil. İş qabiliyyətini itirib. Həkimlər 3 kiloqramdan artıq yük götürməyi qadağan ediblər ki, ürəyinin yanındakı qəlpə tərpənə bilər.

Ardını oxu »

Prezident İlham Əliyev Daşkəsən rayonunda səfərdədir – Foto

Prezident İlham Əliyev Daşkəsən rayonunda səfərdədir - <b style="color:red"> Foto </b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gedib.

525.az xəbəri verir ki , dövlətimizin başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.

Ardını oxu »

Prezident Naftalana səfərə gedib

Prezident Naftalana səfərə gedib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub.

525.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ardını oxu »

Daşkəsənin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri istismara verilib

Daşkəsənin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri istismara verilib<b style="color:red"></b>

“Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi başa çatıb.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olub.

Ardını oxu »

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür<b style="color:red"></b>

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

525.az xatırladır ki, 146 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 18
  • 9
  • 14,702
  • 40,282
ILK-10 Azeri Website Directory