Belarus diplomatı Ankarada güllələnib

Belarusun Türkiyədəki Səfirliyinin diplomatı Alexandr Poganshev Ankarada silahlı hücuma məruz qalıb.

AZƏRTAC xəbər verir ki, ağır yaralanan diplomat Ankara Güven Xəstəxanasına yerləşdirilib. Yaralı diplomat hazırda reanimasiya şöbəsindədir. Sağlamlığı ilə bağlı təhlükəli vəziyyət aradan qaldırılıb. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu xəstəxanaya baş çəkib, o cümlədən belaruslu həmkarı ilə də telefonda danışıb.

Ardını oxu »

Mərkəzi Elmi Kitabxanada informasiya qurumları üçün ustad dərsi keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəvəti ilə kitabxanalar, arxivlər və muzey əməkdaşları üçün UNESCO kafedrasının “Günəşə doğru” beynəlxalq İşçi qrupunun üzvü, Eksperimental Arxeologiyanın İnkişafı üzrə Avropa Birliyi (EXAR) və Ümumdünya İrs Şəbəkəsi Birliyinin üzvü, Qazaxıstanın Pavlodar Marqulan Mərkəzinin UMAY beynəlxalq elmi araşdırma laboratoriyasının rəhbəri, Azərbaycan ərazilərinin milli maraq və elmi prinsiplərə əsaslanan tədqiqatçısı kimi tanınan tarixçi, etnoqraf, arxeoloq, rəssam-bərpaçı Tatyana Krupa bir neçə mövzuda ustad dərsi, mühazirə və seminar keçib.

Ardını oxu »

Mərkəzi Elmi Kitabxanada fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına dair tədbir keçirib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

MEK-in illik mülki müdafiə planına əsasən keçirilən tədbirdə mülki müdafiə qərargahı, MEK-in şöbə müdirləri, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.

Ardını oxu »

İmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev vətəndaşların qəbulunu keçirdib

Tədbirdə rayon icra hakimiyyətinin, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
     Rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev çıxışızamanı bildirdi ki, bu görüşün məqsədi təsdiq edilmiş qrafikə uyğun olaraq cənab Prezidentin tapşırığına əsasən əhali ilə yerlərdə görüşüb, onların problemləri ilə maraqlanmaqdır.

Ardını oxu »

Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun çəkilişi

Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun Goranboy şəhərinin R.Rza, R.Mustafayev və C.Cabbarlı küçələrindən keçən  hissəsində yeni asfalt yolun çəkilişi aparılır.

Ardını oxu »

Hərbi təyyarəmiz təlim-məşq uçuşları zamanı qəzaya uğradı

İyulun 24-də, saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ardını oxu »

Gəncə Avtomobil Zavodundan daha bir yenilik

Gəncə avtomobil zavodu İstehsalat Birliyi dünən daha bir yeniliyə imza atıb. MüəssisəFinlandiyanın məşhur Sampo firması ilə əməkdaşlıq memorandumu imzalayıb.

Sənədə əsasən iki şirkət gələcəkdə ölkəmizdə kombaynlara texniki servizin göstərilməsi, texnikaların ehtiyat hissələrinin hazırlanması və təminatı, digər məsələlərdəəməkdaşlıq edəcəklər. Birgə fəaliyyətlə bağlı təklif Finlandiyanın məşhur Sampo firmasından gəlib.

Ardını oxu »

Prezident Azad Rəhimov və müavinlərini təltif etdi

Gənclər və idman naziri Azad Rəhimov ordenlə təltif edilib.

APA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Rəhimov Azad Arif oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ardını oxu »

Müdafiə naziri cəbhəboyu zonada səfərdədir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.

APA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri bölmələrdən birinin şəxsi heyəti üçün inşa edilən yeni yaşayış kompleksinin açılışında iştirak edib.

Ardını oxu »

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” və “Tərəqqi” medalı ilə təltif edilmiş bir qrup tərtərliyə medallar təqdim olunub

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və “Tərəqqi” medalı ilə təltif edilmiş tərtərlilərə medalların təqdimetmə mərasimi keçirilib.

Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ardını oxu »
Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 32
  • 26
  • 403
  • 2,114
ILK-10 Azeri Website Directory